IMG_9266

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Beynəlxalq Hərəkat) Azərbaycanda növbəti koordinasiya görüşü

2015-ci il noyabr ayının 27-də Bakı şəhərində, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC və ya Milli Cəmiyyət) Baş Qərargahında Beynəlxalq Hərəkatın Azərbaycanda fəaliyyət göstərən tərkib hissələrinin iştirakı ilə işgüzar görüş keçirilmişdir.

Görüş AzQAC-nin təşəbbüsü ilə baş tutmuşdur. Görüşün məqsədi Azərbaycanda fəaliyyət göstərən bütün Hərəkat nümayəndələrinin ölkədə həyata keçirdiyi humanitar missiya və fəaliyyətləri haqqında birgə işləri bir-biri ilə bölüşmək, birgə mümkün fəaliyyət və əməkdaşlığın istiqamətlərini aydınlaşdırmaq, gələcəkdə AzQAC-nin möhkəm və davamlı Milli Cəmiyyətə çevrilməsi işində müzakirələr aparmaq olmuşdur.

Görüşdə AzQAC tərəfdən İcraçı Katib BayramVəliyev,İcraçı katibin müavini Səbinə Məhbubi-İran İcraçı katibin müavini Ceyhun Mirzəyev, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətovvə Beynəlxalq Əlaqələr şöbəsinin müdir Nailə Ömərova, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən qurumun Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duran, Nümayəndəliyin Əməkdaşlıq üzrə koordinatoru Rasim Əlləzov, BeynəlqQızılXaç Komitəsininin RegionalƏməkdasliq üzrenümayəndəsiCregoryLeCoq, Avstriya Qızıl Xaç Cəmiyyətinin Gürcüstanın Tbilisi şəhərində yerləşən Regional Nümayəndəsi Michael Grabner,Danimarka Qıızl Xaçının nümayəndəsi Timothy Thomas və İran Islam Respublikası Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı yeni təyin olunmuş rəhbəri Dr. Sübhani iştirak etmişlər.

Hərəkatın Görüşünün gündəliyinə əsasən AzQAC-nin İcraçı Katibi görüş iştirakçılarını salamlayaraq görüşü açıq elan etdi. Sonra gündəliyə uyğun olaraq O, Milli Cəmiyyətin Strateji Planına uyğun olaraq həyata keçirilən komunikasiya, təşkilati inkişaf, Gənclər və Könüllülər, Beynəlxalq H

umanitar Hüququn və Qızıl Xaç/Qızıl Aypara haqqında biliklərin yayımı üzrə reallaşdırılan fəaliyyətlərdən söhbət açdı.

Daha sonra Görüşünün gündəliyinə əsasən Cəmiyyətin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov AzQAC-nin İnformasiya ,Kommunikasiya və Sosial Media siyasətinin mahiyyətindən yerli bölmələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikası Komitəsi, Gənclər Komitəsi, Regional Mərkəzlər, şəhər, rayon və sahə bölmələrinin (ilk təşkilatların) fəaliyyətlərini təkmilləşdirmək və bununla daha effektiv, keyfiyyətli, yerli ehtiyaclara cavab verən xidmətlərdən söz açdı. Beynəlxalq Humanitar Hüququn əsasları və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (BQXQAH), Qızıl Xaç və Qızıl Aypara (QX/QA) emblemlərindən duzgün istifadə edilmənin, Komunikasiya strategiyasının qurulmasının və digər bu siyasətdə öz əksini tapmış məsələlər söz açdı.

Bütün görüş iştirakçıları bu siyasətin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirərək bunun təşkilat üçün vacib olduğunu bildirdilər.

Görüşdə İcraçı Katibin müavini Səbinə Məhbubi-İran AzQAC-nin hazırlanması nəzərdə tutulan “Fəlakətlərə Reaksiya Planı” (Contingency Plan) üzrə həyata keçirilən işlər, bu sənədin hazırlanmasında mövcud olan çətinliklər, Beynəlxalq Hərəkat tərəfindən müvafiq təcrübəli ekspertlərə ehtiyacın olması və s. haqqında iştirakçılarla məlumat verildi və birgə müzakirə olundu. Görüşdə AzQAC-nin İlk Yardım sahəsinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan məsələlərdə etraflı müzakirə olundu. Daha sonra öz növbəsində İran Islam Respublikası Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı rəhbəri Dr. Sübhani çıxış edərək qonaqları salamladı və görüşdə dəvət aldığına görə AzQAC-nə öz minnətdarlığını bildirdi. Dr. Sübhani İram Qızıl aypara Cəmiyyəti AzQAC ilə əməkdaşlıq etməyə hazır olduğunu və bu sahədə köməklik göstərmıəyə hazır olduğunu bildirdi .Həmçinin bildirdiki İran klinikasının imkanlarını genişləndirmək üçün yeni və müasir standartlara cavab verən yenidənqurma işləri aparılacaq.IMG_9236 IMG_9241 IMG_9246 IMG_9248 IMG_9251 IMG_9265

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.