16-17 avqust tarixlərində Bərdə şəhərində FMKD üçün İlkin Psixoloji Yardım (İPY) təlimi təşkil olunmuşdur.
İPY zərər çəkən və dəstəyə ehtiyac duya biləcək insana digər insan tərəfindən stresin azaldılması və daha sonra yardımların qəbul edilməsi məqsədi ilə göstərilən dəstək yönümlü yardım formasıdır.
Təlim Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə AzQAC psixoloqu Nigar Qədəşova tərəfindən keçirilmişdir.