Avqustun 18-də AzQAC psixoloqu Nigar Qədaşova Prioritet Fəaliyyət Sahəsi 4 (PFS4) İşçi Qrupunun növbəti iclasında iştirak etmişdir.
Ümumilikdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfindən Hərəkatın psixi sağlamlıq və psixo-sosial ehtiyaclara cavab reaksiyalarını gücləndirmək məqsədi ilə hazırlanan fəaliyyət planının altı prioritet fəaliyyət sahəsinə uyğun olaraq altı işçi qrup mövcuddur.
4-cü işçi qrupun məqsədi tədqiqat, monitorinq və qiymətləndirmə vasitəsilə MHPSS müdaxilələrinin təsirini nümayiş etdirməkdir.