Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində İcma ilə Əlaqələr və Hesabatlılıqla bağlı görüş təşkil olundu. Görüşdə AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının İcma ilə Əlaqələr və Hesabatlılıq üzrə departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Eva Erlach-i və İcma ilə əlaqələr və hesabatlılıq üzrə məsul şəxs Kamila Rüstəmova-nı qəbul etdi. Görüş əsnasında İcma ilə Əlaqələr və Hesabatlılıq mövzusu barədə müzakirələr edildi. Bu istiqamətdə görüləcək işlər və planlar barədə qarşılıqlı danışıqlar oldu.