20220906_104006

 Qaradağ rayonunda əhali arasında skrininq müayinə təşkil olundu

2011 ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvü olaraq, ölkədə vərəm səhiyyə xidmətlərinə dəstək verərək, həyata keçirilən geniş tədbirlərdə fəal iştirak edir. Əhali arasında həyata keçirilən fəaliyyətlərdə vərəmlə bağlı maarifləndirilmə tədbirlərilə yanaşı, vərəm və digər ağ ciyər xəstəliklərinin erkən aşkarlanmasına dair müassir avadanlıqlar vasitəsilə skrininq müayinələrin təşkil olunmasına da xüsusi yer ayrılır.
Belə ki, 2022-ci il 6 sentyabr tarixində Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzv təşkilatlarının nümayyəndələri (“Sağlamlığa xidmət” İB sədr müavini, həkim Samirə Muxtarova, texniki işçi Zülfüqar Əbulhəsənov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti – Mətanət Qaraxanova –“İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru) tərəfindən Qaradağ Rayonunun Buta qəsəbəsində 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhali arasında döş qəfəsinin rentgen müayinəsi təşkil olunmuşdur. Bu müayinələr Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilmişdir. Müayinəyə Qızıl Daş və Korgöz qəsəbələrinin sakinləri də cəlb olunmuşlar. 50 nəfər skrininq müayinədə iştirak edənlər arasında 5 nəfərdə ağciyərdə dəyişiklər müəyyən edilmişdir. Tədbirdə Qaradağ İcra Hakimiyyətinin müavini Təranə Məmmədova, Qaradağ rayon 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Sərvinaz Tarıverdiyeva və işçi heyəti iştirak etmişdirlər.
Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara dərin təşəkkürlərini bildirərək, digər qəsəbələrdə də davamlı olaraq müayinələrin təşkil olunmasına dəstək olacaqlarını səsləndirmişlər.

IMG-20220906-WA0020 IMG-20220906-WA0015 20220906_104910 20220906_104006 IMG-20220906-WA0022 20220906_102805

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.