DSC_0007

10 sentyabr Ümumdünya İlk Yardım Günü Gəncə şəhərində qeyd edildi

2000-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvləri tərəfindən dünyada İlk Yardım Gününün qeyd edilməsi təşəbbüsünu irəli sürmüşdür ki, bu təşəbbüs dünyanın bir çox ölkələrində fəallar və həvəskarlar tərəfindən dəstəklənmişdir və beynəlxalq format alıb, hər il sentyabr ayının ikinci günündə qeyd edilir.

ÜST-nin statistikası göstərir ki, il ərzində dünyasını dəyişən insanların 10%-i bədbəxt hadisələrin – yol qəzaları, yanğınlar, hündürlükdən düşmə, suda boğulma və digər halların qurbanı olurlar, 15% isə əlilliyə məruz qalırlar. Bu hallarda ilk yardımın olması insan həyatını xilas edə bilər.

İnsan həyatı çox kövrəkdir. Hər birimiz hər gün yollarda, istehsalat sexlərində, şəhər küçələrində və evdə təhlükələrlə üzləşirik. Əksər hallarda ilk yardım insanların həyatını xilas etməyə kömək edir. Tibbi yardımın yalnız həkimlər tərəfindən həyata keçirildiyi danılmazdır. Amma elə hallar olur ki, qurbanın həyatı hadisə yerinə ilk kimin gəldiyindən asılıdır. Və burada söhbət təkcə xilasedicilərdən və polis əməkdaşlarından getmir. Hər kəs lazımi təcili yardımı necə göstərəcəyini bilməlidir. Təəsüflə qeyd edilir ki, insanların 7%-i ilk yardım bacarıqlarına malikdir.

Məhz bu baxımdan və eyni zamanda hadisə yerində yaranan panikaya baxmayaraq, qısa müddət ərzində lazımi material çatışmazlığı olan bir şəraitdə, ilkin yardımı göstərə bilən insanlar və tibb işçiləri ictimaiyyətin diqqətini bu cür bacarıqlara yiyələnmək zərurətinə cəlb etmək məqsədilə dünyada müvafiq bayram formatında İlk Yardım Günü tədbiri keçirilir.

Bu ildə İlk Yardım Günün şüarı “Davamlı İlk Yardım. İlk Yardım hamıya əlçatan olmalıdır, uşağa, ahıla, əlilliyi olan , hər bir kəsə” . Bununla bağlı İlk Yardım vərdişlərinə biz təkçə Ümumdünya İlk Yardım Günün qeyd edilməsi ilə bağlı olmamalıdır. Biz bu vərdişlərə daim yiyələnməliyik, öyrənməli, öyrətməliyik ki, həyatımızı xilas edən insanların sayı çox olsun Ümumdünya İlk Yardım Gününün təşkil olunması və keçirilməsində texniki dəstək verən Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, İran Hilal Əhmər təşkilatlarının dəstəyi ilə baş tutacaq. Tədbirə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İlk Yardım üzrə könüllüləri və işçi heyyəti iştirak etdilər.

Tədbirdə Gəncə şəhərinin İcra Hakimiyyətinin, Səhiyyə və digər təşkilatların nümayyəndələri iştirak edəcək.

Tədbirdə AzQAC-in Vitse Prezidenti Qafar Əsgərzadə açılış nitqi söyləyərək, İlk Yardım insan həyatının xilas edilməsində Vacib olmasını qeyd edərək, buna dair bilik və bacarıqlarını daim öyrənməsini tövsiyyə etdi. Bu baxımdan ölkədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İlk Yardım proqramı vurğuladı.

AzQAC dövlətə yardımçı rolunu oynayaraq, uzun illər ərzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın dəstəyilə Fövqəladə hallara hazırlıq və cavabvermə, İcmalarda sağlamlıq, İlk Yardım vərdişlərinin yiyələnməsinə dair fəaliyyətləri bir çox rayonlarda könüllülərin iştirakı ilə həyata keçirir uğurlu təcrübə qazanmışdır.

FMKD və  “Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsinə cəlb olunan könüllülər Flashmobda Ürək-Ağciyər Reanimasiyasının(CPR) simvolik manevrasını nümayiş etdirdilər.Tədbir iştirakçıları arasında İlk yardıma dair viktorina keçirildi. Doğru cavab verənlərə hədiyyələr təqdim edildi.Həmçinin könüllülər tərəfindən “Qismən tıxanma hal zamanı İlk Yardım bacarığı səhnələşdirilməsini nümayiş olundu.

Sonda İlk Yardım Gününün qeyd edilməsi ilə bağlı toplanan insanlara təşəkkür bildirildi.

“İlk Yardımı öyrənin” sözləri yazılan plakatları əllərində tutan uşaq, yeniyetmə, gənc qız, gənc oğlan, ahıl qadın, ahıl kişi, əlil arabasında yaxud qoltuqaltılarla olan şəxs səhnəyə çıxırlar.

Tədbir məkanında qurulan AzQAC-ın 4 çadırlarda böyüklər, uşaqlar və körpələrdə İlk Yardım bacarıqlarına dair bilik və bacarıqları daha yaxından görmək və özünüzü sınamaq üçün, uyğun olan çadırlarda təlimçilərin vasitəsilə yerləşdirilən manekenlər üzərində əldə etmək imkanı yaradılmışdır.

Mobil dəstələrin könüllüləri tədbir iştirakçılarını çadırlara yönnəldirlər. Bununla yanaşı könüllülər tədbir iştirakçılar arasında İlk yardıma dair informasiya materiallarının paylanmasını edirlər.

BSTE1501 DSC_0007TOBF2357DSC_0124BXUU9626WCZU7762 DSC_0017 DSC_0019 DSC_0022 DSC_0092 DSC_0098 DSC_0100 DSC_0101 DSC_0102 DSC_0112 DSC_0178 IMG_0138

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.