IMG_3582

Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar Zamanı Sağlamlıq üzrə Dayanıqlılığının Gücləndirilməsi layihəsinin yekun tədbiri keçirildi

Sentyabrın 29-da Bakı şəhərində JW Marriott Absheron otelində “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar Zamanı Sağlamlıq üzrə Dayanıqlılığının Gücləndirilməsi” layihəsinin yekun tədbiri keçirildi. 2019-cu ildən  başlayan layihənin əsas məqsədi yerli icmaların dayanıqlılığını gücləndirməklə fəlakətlərin və böhranların sağlamlığa mənfi təsirlərinin azaldılmasından (pandemiyaya hazırlıq, epidemiyaya qarşı mübarizənin təşkili, su gigiyenası və kanalizasiyaya nəzarətin artırılması, ilk yardım və psixoloji dəstək göstərməklə) ibarət idi.

Tədbiri açılış nitqi ilə başlayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov qonaqları salamladıqdan sonra bu layihənin icmalar və onların fövqəladə hallara hazırlığı üçün əhəmiyyətini vurğuladı. O qeyd etdi ki, bu cür layihələr yerli icmaların maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, beləliklə, fəlakətlər və fövqəladə hallar baş verdikdə icmalar cavab verməyə hazır olurlar. Novruz Aslanov layihə müddətində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərilən dəstəyə və birgə əməkdaşlığa görə Beynəlxalq Federasiya, USAID və həmçinin Azərbaycan Respublikasının Səhiyyə, Təhsil, Fövqəladə Hallar Nazirliklərinə öz təşəkkürünü bildirdi. O, sonda qeyd etdi ki, bu kimi layihələr Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən mütəmadi olaraq həyata keçirilmişdir və gələcəkdə də bu sahəyə uyğun layihələrin keçirilməsi zərururidir.

Daha sonra söz Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Mukhamadievə verildi. O, əvvəlcə layihə haqqında qısa məlumat verdi və onun yaranma tarixindən danışdı. O qeyd etdi ki, layihə başlayandan cəmi altı ay sonra dünya COVID-19 pandemiyası ilə üz-üzə qaldı. Beləliklə, bu layihə bir daha öz önəmini və insanların həyatında əhəmiyyətini təsdiqləmiş oldu. Əməkdaşlıq üçün tərəfdaşlara təşəkkürünü bildirən Davron Mukhamadiev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini bildirdi.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Michael Nehrbass öz çıxışına Milli Cəmiyyətlə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq başladı. O könüllülərin onun qəlbində xüsusi bir yerinin olduğunu və könüllü fəaliyyətin əhəmiyyətini vurğuladı. Bu layihə çərçivəsində tərəfdaşlar təşkilatlarla əməkdaşlığa görə öz təşəkkürünü bildirən Michael Nehbrass öz çıxışını yekunlaşdırdı.

Daha sonra, layihə rəhbəri Samirə Həsənli layihənin icmalı təqdimatı ilə tədbirə davam etdi. O, öz təqdimatında layihənin tarixi, əsas məqsədləri, hədəf qrupları və icmaları, könüllülərin fəaliyyətləri və layihənin nailiyyətləri mövzularında ətraflı məlumat verdi.

Tədbir zamanı həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müvafiq rayon bölmələrinin sədrləri, həmçinin Dünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və Təhsil Nazirliklərindən nümayəndələrə söz verildi.

Görüş AzQAC-ın prezidenti, millət vəkili cənab Novruz Aslanovun nitqi ilə yekunlaşdı. O öz yekun nitqində könüllülüyün önəmindən, könüllülərin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının onurğa sütunu olduğunu söylədi. Bu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gündəlik fəaliyyətlərində hər gün özünü doğruldur. Bu layihədə iştirak edən könüllülərin  əməyi də bunun bariz nümunəsidir.

Sonda, layihədə aktiv işitaklarına görə AzQAC və icma könüllülərinə təçəkkürnamələr təqdim edildi.

IMG_3436 IMG_3440 IMG_3448 IMG_3453 IMG_3454 IMG_3464 IMG_3467 IMG_3494 IMG_3546 IMG_3578 IMG_3582 IMG_3590

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.