91d1ed34-64c9-48e4-90ae-cd6e62b2b3e4

NPVY üzrə İşçi Qrupunun növbəti iclası keçirildi

28 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində NPVY üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Nağd Əməliyyatlar üzrə məsul şəxs Nuranə Qasımzadə və Beynəlxalq Federasiyanın Azərbaycandakı Nağd Əməliyyatlar üzrə nümayəndəsi Hanifi Kınacının moderatorluğu ilə baş tutan iclasın gündəliyində duran əsas mövzular aparılmış sorğunun ilkin nəticələri və nağd yardımlar üzrə ikinci layihəyə hazırlıq ilə bağlı olmuşdur.

Görüş zamanı  12-14 Sentyabr 2022-ci il tarixində ehtiyaclı insanlar arasında keçirilən sorğu zamanı  müşahidə edilən məsələlər, qiymətləndirmənin ilkin nəticələri, ikinci NPVY layihəsinin planlaşdırılmasında nəzərə alınmalı nüanslar, yardım üçün kriteriyaların müəyyən olunması, ikinci MXT ilə əməkdaşlığın yaradılması və mümkün risklər barədə müzakirələr aparılmışdır.

Layihənin növbəti addımı kimi müvafiq rayon bölmələrinin sədrləri ilə görüşün keçirilməsi və onlarla prioritet məsələlərin müzakirəsi qərara alındı.

İclas işçi qrupunun üzvlərinin rəy, təklif və müzakirəsi ilə yekunlaşdı.

8ea53be5-54b2-4f00-b258-6b5ee9e09684 91d1ed34-64c9-48e4-90ae-cd6e62b2b3e4 b46f77a5-f43f-4389-b817-2eb09e4c5893

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.