Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Sumqayıt şəhər bölməsi də öz növbəsində mütəmadi olaraq aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan şəxslərə humanitar yardımlar edir.
Milli Cəmiyyətə daima dəstək olan SKY Lazer şəbəkəsinin müdürəsi Könül xanım tərəfindən Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan aztəminatlı ahıllara qurban payı paylanılıb.
AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bu xeyirxah təşəbbüsə görə şəxsi donora öz təşəkkürünü bildirıb.
Benefisiarlar da onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədrinə, könüllülərinə və xeyirxah şəxslərə öz minnətdarlıqlarını bildiriblər.