ae1ffc38-44ed-42f7-ad90-d6369b69aae5

Türkiyədə baş verən zəlzələ ilə bağlı AzQAC Baş Qərargahında növbəti iclas keçirildi

8 Fevral 2023-cü ildə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Türkiyədə baş vermiş zəlzələ ilə bağlı rəhbərlik səviyyəsində iclas keçirildi. İclasın əsas məqsədi ,baş verən hadisə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi “ Səninləyəm Türkiyəm” adlı kampaniyasının müzakirəsi və Türkiyədə yaşananların qısa xülasəsi idi.

İclas,ilk olaraq Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili cənab Novruz Aslanov   həyata keçirilən “ Səninləyəm Türkiyəm” adlı kampaniyası ilə bağlı son nəticələri müzakirə etdi və kampaniya vasitəsilə əldə edilmiş ianə vəsaitlərinin Türk Qızıl Ayının bank hesabına köçürülməsi tapşırığını verdi.

İclasda, Türk Qızıl Ayının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Süngər də iştirak edirdi. O, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Azərbaycan vətəndaşlarının hadisəyə dərhal reaksiya verməsinin və ilk gündən etibarən davam edən dəstəyini təqdir etdi və təşəkkürlərini bildirdi.

788d6a63-726c-4c6d-bacc-019d4d7f3fe0 ae1ffc38-44ed-42f7-ad90-d6369b69aae5 d7ca808b-b849-470c-aafd-a49fdf91851a

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.