Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Sağlamlıq sahəsində maarifləndirmə məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri keçirir. Bu fəaliyyətlərin bir hissəsi olaraq Milli Cəmiyyət tərəfindən ilk yardım biliklərini yaymaq məqsədilə İlk Yardım təlimləri keçirilir.
Martın 2-də Cəmiyyətin Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən Sumqayıt Dövlət Universitetinin praktikant tələbələrinə İlk Yardım təlimi keçirilib. Təlim zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr, yanıqlar kimi əhəmiyyətli mövzular haqqında geniş məlumat verilib və praktiki nümayişlər göstərilib. Təlimdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilib.