Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) həyata keçirdiyi humanitar fəaliyyətlərin bir hissəsi olaraq AzQAC rayon bölmələri mütəmadi olaraq ehtiyaclı insanlara humanitar yardımlar göstərir. Cəmiyyətin Sumqayıt şəhər bölməsi də öz növbəsində mütəmadi olaraq aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan şəxslərə humanitar yardımlar edir.
Milli Cəmiyyətə daima dəstək olan və adının çəkilməsini istəməyən şəxsi donor tərəfindən Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan aztəminatlı şəxslərə və ahıllara ərzaq bağlamaları paylanılıb.
AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bu xeyirxah təşəbbüsə görə şəxsi donora öz təşəkkürünü bildirib.
Benefisiarlar da onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədrinə, könüllülərinə və xeyirxah şəxslərə öz minnətdarlıqlarını bildiriblər.