Martın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “e-Tabib” mobil tətbiqinin təqdimat mərasimi keçirilib. Məqsəd “e-Tabib” mobil tətbiqinin vətəndaşlar üçün təqdim etdiyi geniş xidmət növləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbirdə media və vətəndaş cəmiyyətinin nümayəndələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, AzInTelecom” MMC-nin və digər qurumların nümayəndələri iştirak ediblər.
Həmçinin tədbir zamanı iştirakçılar Quba Rayon Mərkəzi Xəstəxanasından dəvət olunmuş ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrə cəlb olunublar. İştirakçılara göstərilən tibbi xidmətlərlə bağlı məlumatlar “e-tabib” mobil tətbiqində əks olunub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova iştirak edib.