AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Milli Cəmiyyətin kollektivini qarşıdan gələn “Novruz Bayramı” münasibətilə təbrik etdi. O, humanitar missiyanı ölkə ərazisində həyata keçirən Qızıl Aypara kollektivinə bayram münasibətilə möhkəm can sağlığı, uzun ömür və gələcək işlərdə uğurlar arzuladı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi də öz növbəsində Novruz Aslanovu həm 60 illik yubileyi, həm də “Novruz Bayramı” münasibətilə təbrik etdilər və ona xoş arzularını bildirlər. Ona xatirə hədiyyəsi təqdim edildi. Sonda xatirə şəkli çəkdirildi.