28-29 mart tarixlərində Bərdə rayonunda Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri üçün “Mənim haqqımda kitab” təlimi təşkil olunub. “Mənim haqqımda kitab” – 2010-cu ildə İsveç Qızıl Xaç Cəmiyyəti tərəfindən hazırlanmış alətlər dəstidir. Kitab silahlı münaqişə və digər zorakılıqlardan təsirlənən uşaqların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmışdır. Təlimin əsas məqsədi könüllülərə stressin uşaqlara təsirləri barədə məlumat vermək, ən əsası isə onlara kitabla işləməyi öyrətməkdir ki, uşaqların psixoloji durumunu yaxşılaşdırmaq üçün məktəblərdə sessiyalar keçirə bilsinlər.
Təlim Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixoloqu Nigar Qədəşova tərəfindən keçirilib. Bundan əlavə, təlimdə BQXK-ın PSPSD üzrə nümayəndəsi Raquel Lorente Martinez tərəfindən “Uşaqların müdafiəsi” adı sessiya təqdim edilib.
Milli Cəmiyyətin Ağdam, Bərdə, Füzuli, Tərtər və Tovuz rayon bölmələrindən olan könüllülərin iştirakı ilə təşkil olunmuş təlimdən sonra könüllülərin məktəb şagirdləri ilə fəaliyyətləri nəzərdə tutulub.