26.04.2023(6)

Qlobal Fond tərəfindən Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri üçün Vərəmlə bağlı seminar keçirildi

2023-cü il 24-25 aprel tarixində Qlobal Fondun CRG (Community, Right and Gender- İcma, hüquqlar və gender) texniki dəstək layihəsi çərçivəsində “Qlobal Fondun ölkə layihə təklifinə daxil etmək üçün fəaliyyətlərin prioritetləşdirilməsi üzrə Azərbaycanda vərəmin təsirinə məruz qalmış icmalar və vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr” adlı 2 günlük seminar təşkil olunmuşdur. Seminarın məqsədi Vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən qeyri- hökumət təşkilatları və icmalar, onların üzvləri tərəfindən Qlobal Fondun yeni 2023-2025-ci illər üçün layihə təklifinin hazırlanması istiqamətində prioritetlərin toplanılmasıdır. Seminarda layihədə qeyri-hökumət təşkilatları və icmalar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin geniş müzakirəsi aparılmışdır. VCT və dövlət qurumlardan başqa seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun direktoru İradə Axundova və həkim Ramella Osmanova iştirak edib, öz fikir və təkliflərini səsləndirmişlər. Eyni zamanda ölkədə Milli Dialoq və İcmalar və Vətəndaş cəmiyyətinin rolu (cəlb edilməsi) məsələləri seminar iştirakçıları tərəfindən diqqətlə nəzərdən keçirilmişdir. Bundan əlavə seminarda iştirakçılar İcma sistemlərinin gücləndirilməsinin xəritələşdirilməsi və icma-əsaslı araşdırma fəaliyyətləri üzrə iş, Vətəndaş cəmiyyəti və icmaların maliyyələşmə imkanlarının prioritetləşdirilməsi və bu prioritetlərini xüsusi əlavələr şəklində təqdim edilməsinə dair təklifləri səsləndirilmişlər. Seminarda VCT 15 nəfər nümayəndə iştirak etmişdir.

Seminar xarici ekspert Kristina Çelan tərəfindən aparılırdı. Seminarda toplanılan təkliflər sistemləşdirilib layihə formasında ÖƏK-nə təqdim edilməsi nəzərdə tutulub.

AzQAC Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramın mütəxəssisi, təlimçi Mətanət Qaraxanova seminarda iştirak etmişlər.

26.04.2023(4) 26.04.2023(5) 26.04.2023(6)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.