Fövqəladə Mobil Könüllü Dəstənin aylıq görüşü 28 aprel 2023-ci il tarixində bölmənin ofisində keçirildi.
AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova könüllüləri salamlayaraq görüşün məqsədi barədə məlumat verib bölmənin ay ərzində gördüyü işlər barəsində çıxış üçün sözü bölmə təlimatçısına verdi. Təlimatçı Lalə Cəlilzadə də bölmənin və bölmə könüllülərin gördüyü işlər barədə məlumat verdi .Növbəti may ayı üçün fəaliyyət planlarından söhbət açdı. Daha sonra bölmə könüllüsü Nurlan Quliyev öz təklif və fikirlərini könüllülərlə bölüşdü. Könüllüləri maraqlandıran suallar cavablandırıldı.