WhatsApp Image 2023-05-04 at 2.30.04 PM

Ümummilli lider Heydər Əliyevin 100 illiyi və Ümumdünya Vərəm günü ilə əlaqədar Şəmkir rayonunda keçirilən tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti iştirak etdi

Ötən həftə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü ilə Şəmkir şəhər İcra Hakimiyyəti və Şəmkir şəhər Gənclər evinin birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş vərəmlə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi vərəm xəstəliyi, onun simptomları, profilaktikası, diaqnostikası, müalicəsi barəsində əhali arasında məlumatlandırılmanın aparılması, vərəmə yönəlmiş stiqmanın aradan qaldırılması olmuşdur.

Tədbirdə açılış nitqi ilə çıxış edən Şəmkir Gənclər Evinin psixoloqu Günel Hüseynli Gənclər evinin rəhbəri İlkin Musayevin adından çıxış edərək, vərəmlə bağlı maarifləndirmə təşəbbüsünü təqdirəlayiq hesab etdiyini qeyd edərək, tədbiri açıq elan etdi. Daha sonra Koalisiyanın sədri Elçin Muxtarlı çıxış edərək, vərəmin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğunu bildirərək qeyd edib ki, ötən il dünyada 1,6 milyon insan vərəmdən dünyasını dəyişib.

Vərəm əleyhinə QHT Koalisiyasına üzv təşkilat olan “İnformasiya Təşəbbüslərinə Dəstək” İB- nin sədri Cəsarət Hüseynzadə və “Sağlamlığa Xidmət” İctimai birliyinin həkim koordinatoru Samirə Muxtarova Koalisiyanın vərəmlə mübarizədə gördüyü işlər və vərəm xəstəliyi, onun simptomları, yoluxma yolları, diaqnostikası, müalicəsi, erkən aşkarlanmanın əhəmiyyəti barəsində təqdimatla çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru Sona Hacıyeva vərəmə yönəlmiş stiqmadan  söhbət açaraq xəstəliyi gizlətmək deyil, vərəmin təsirinə məruz qalmış şəxslərin həkimin təyin etdiyi müalicəni fasilə vermədən sona qədər qəbul etməsinin vacib olduğunu bildirdi. Qızıl Aypara Cəmiyyətinin Şəmkir rayon bölməsinin sədri və könüllüləri də tədbirdə fəal iştirak etdilər.

Tədbir zamanı “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən ərsəyə gələn “Qışın isti nəfəsi” adlı vərəmlə bağlı qısa metrajlı film, Yaponiya istehsalı olan süni intellektə malik rentgen aparatının digər rentgen aparatlarından fərqli xüsusiyyətlərini əks etdirən videoçarx nümayiş olundu.

Tədbirin ikinci hissəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər silsiləsindən Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai birliyinin əldə etdiyi portativ, süni intellekt üstünlüyünə malik, FDR X-Air adlı rentgen aparatı ilə iştirakçıların (60 nəfər) döş qəfəsinin rentgen müayinəsi təşkil olundu.

Şəmkir şəhər Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Təhməz Mehdixanov Vərəm əleyhinə QHT Koalisiyasının ölkədə və beynəlxalq arenada vərəmlə bağlı əldə etdiyi uğurlardan söhbət açaraq, maarifləndirmə tədbirlərinin rayonlarda keçirilməsinin çox vacib olduğunu vurğuladı. Şəmkirdə vərəmlə bağlı məlumatları iştirakçıların nəzərinə çatdıraraq tədbirin təşkilatçılarına minnətdarlıq bildirdi.

Tədbirin sonunda vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı Şəmkir şəhər İcra Hakimiyyətinin başçısı Rəşad Tagıyevə və Şəmkir şəhər Mərkəzi Xəstəxanasının vərəm şöbəsinin müdiri Təhməz Mehdixanova Koalisiya adından təltifnamələr təqdim etdi.

WhatsApp Image 2023-05-04 at 2.30.32 PM WhatsApp Image 2023-05-04 at 2.30.04 PM WhatsApp Image 2023-05-04 at 2.29.34 PM WhatsApp Image 2023-05-04 at 2.29.10 PM WhatsApp Image 2023-05-04 at 2.31.56 PM WhatsApp Image 2023-05-04 at 2.31.24 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.