Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Mobil Könüllü Dəstələrinin fəaliyyət göstərdiyi rayon bölmələri Ağdam, Bərdə, Cəbrayıl, Tərtər, Tovuz, Füzuli, Sumqayıt və Qazax rayonlarında 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar uşaqlar arasında ilk yardım biliklərinin aşılanması məqsədilə kiçik ölçülü tədbirlər təşkil edib. Belə ki, könüllülər interaktiv nümayişlərlə uşaqlar üçün maarifləndirici tədbirlər keçirib, onlara ilk yardımın əsaslarını izah ediblər.