Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2016-2020 ci illər strategi planına uyğun olaraq Fondların Artırlması və gəlirgətirmə istiqmətində mühüm məqsədlər hədəfə alınmışdır.Cari ildən başlayaraq ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlər, firmalar, distribiyutorlar, iş adamları, istehsal müəssisələri ilə koorperativ əlaqələrin qurulması və onların sosial öhdəliklərinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə yerinə yetirlməsi istiqmətində müvafiq fəaliyyət start götürəcəkdir. Bu təcrübədən Avropada inkişaf etmiş Milli Cəmiyyətlər yararlanmaqdadırlar. Həmin konsepsiya ilə bağlı olaraq 2015 ci il Sentyabr ayında Londonda keçirilən Beynəlxalq Fondları Artırma görüşündə BQXK-nin Geneva offisnin Fondları Artırma üzrə mütəxəssisləri ilə Az QAC-nin hazırkı Baş Katibi Ceyhun Mirzəyev bir sıra vacib görüşlər keçirmişdir.
Fondların Artırlması və gəlirgətirmə şöbəsinin fəaliyyət istiqmətini genişləndirməsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maddi texniki bazasınin möhkəmləndirilməsi, humanitar yardımların miqdarının artırılması üçün lazımı maddi vəsaitləırin toplanması ilə birbaşa bağlıdır. Bu səbəbdən koorperativ sektorla əlaqələrin qurulması gələcəkdə Milli Cəmiyyətin işinə müsbət təsir edəcəyinə,humanitar layihələrin reallaşmasında mühüm rol oynayacaqdır