2016-cı il fevral ayının 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin türk tələbələrinin təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş qanvermə aksiyası təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əcnəbi tələbələrlə iş üzrə dekanı Nürəddin Uluxanlı, universitet poliklinikasının baş həkimi Şəfəq Teymurova, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova iştirak etmişlər. Qanvermə aksiyasına 100-dən artıq tələbə və müəllim heyyəti cəlb olunmuş, onlardan 30 nəfəri qan vermişlər. Qan verənlərə tibbi xidmət və çay tədarükü təşkil edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Unuversitetində təşkil olunan Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş qanvermə aksiyasında iştirak edənlərə təşəkkürümüzü bildiririk.