Mart ayının 18-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti bölməsinin təşkilatçılığı və klinikanın rəhbər və işçi heyyətinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 96-illiyi münasibəti ilə, Qan xəstəliklərindən əziyyət çəkən xəstələrə və qana ehtiyacı olan insanlar üçün “ Qan ver, Həyat qurtar” adlı könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiyada klinikanın rəhbərliyi başda olmaqla tibbi heyəti və AzQAC-ti tərəfindən müxtəlif tədris ocaqlarından dəvət olunmuş tələbələr iştirak etmişdilər. Nəticədə 60 nəfərə yaxın insan qan donoru oldu.
Qanvermədə qaha ehtiyacı olan xəstələrin həyatını xilas etmək üçün vətəndaş dəstəyin olması çox vacib şərtdir. Qan verən insanda qan hüceyrələri təzələnir, qandakı yağın miqdarı, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi və yorğunluq kimi narahatlıqlar azalır. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşagı düşür.
Tədbir zamanı AzQAC-ın icra rəhbərliyi və Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının baş həkimi, dosent Asiman Həsənovun rəhbərlik etdiyi həkim heyəti arasında görüş təşkil edilmişdir. Görüş zamanı iki struktur arasında qarşılıqlı əməkdaşlıq, birgə tədbirlərin keçirilməsi, ilk yardım haqqında maarifləndirmə və beynəlxalq səviyyədə keçiriləcək görüşlərdə iştirak etməklə təcrübələrin artırılması məsələləri ətraflı müzakirə edilmişdir.