image-13-04-16-11-03-4

Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbərini qəbul edib.

   Aprelin 13-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri xanım Yelena Aymone Sesseranı qəbul edib.

Görüşdə son günlər Dağlıq Qarabağ və ətraf rayonlarda baş vermiş hadisələr zamanı AzQAC-ın yerlərdə yerləşən bölmələri ilə görülən işlərin koordinasiya olunması, işçi heyətin və könülllülərin bu fəaliyyətlərə verdiyi töhfələrin qarşılıqlı işgüzar əmkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd edilmişdir.

Novruz Aslanov bu hadisələrlə bağlı AzQAC-ın öz mandatına uyğun olaraq atdğı addımlardan, BQXK bu işlərə verdiyi töhfələrdən danışmış, hər iki tərəfin ölkə daxili fəaliyyətlərinin öz mandatlarına əsaslanaraq, həmçinin Azərbaycan qanunvericiliyi çərçivəsində aparılmasının vacibliyini bir daha diqqətə çatdırmışdır.

Novruz Aslanov və xanım Yelena Sessera Tərtər və Bərdəyə olan səfərələr barədə söhbət açmış, belə qarşılıqlı əməkdaşlğın davamlı olacağını və məlumatların mütəmadi olaraq bölüşdürüləcəyini bildirmişdir.

Məlumat üçün bildirək ki, bu ikinci belə görüşdür.image-13-04-16-11-03-3image-13-04-16-11-03-7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.