Изображение 782

Qızl Aypara Cəmiyyətində tələbələr üçün təcrübə mübadiləsinə start verildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.

Artıq neçə illərdir ki,Azərbaycan Qızıl Aypara Cəmiyyətində Gənclər Komitəsi,  Gənclər və Könüllülər şöbəsinin koordinatorluğu  ilə müxtəlif təhsil ocaqlarının tələbələri təcrübə mübadiləsi keçirlər.  Belə ki, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbələri 4 aprel 2016-cı il tarixindən 27 may  2016-cı il tarixinə kimi səkkiz həftəlik təcrübə mübadiləsində olacaqlar.  Bu müddətdə onlara Cəmiyyətimizin, eləcə də Hərəkatın tarixi, fəaliyyəti, həyata keçirilən layihələr və s. haqqında dolğun məlumat veriləcək, prezentasiyalar təqdim olunacaqdır. Eyni zamanda onlara 16 saatlıq ilk yardım təlimləri keçiriləcəkdir. Onlar həmçinin, Cəmiyyət tərəfindən keçirilən müxtəlif tədbirlərində, aksiyalarda iştirak edəcəklər. Sonda isə 27 may tarixində Cəmiyyətimizin baş qərargahında tələbələrlə təcrübənin nəticələrinə dair müsahibə keçiriləcək, onlarla sorğu-sual aparılacaq və sonda xasiyyətnamələr təqdim olunacaqdır.Изображение 778

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.