20 aprel 2016-cı il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov Goranboy və Ağdam rayonlarında məlum hadisələrdən sonra zərər çəkmiş əhali ilə görüşmək məqsədilə həmin rayonlara səfər etmişdir.Novruz Aslanovu bu səfərdə Az.QAC-ın idarə-rəisi vitse-prezident Əziz Qocayev və İcraçı katib Ceyhun Mirzəyev müşaiyət edirdi.Goranboy rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Goranboy rayonundan seçilmiş deputat Mahir Aslanovla birgə təmas xəttində əhali ilə görüşə Novruz Aslanov onların problemləri ilə,Az.QAC tərəfindən edilən yardımlarla,xüsusilə hər bir ailəyə verilən çadırlar və oradakı şəraitlə yaxından tanış olmuşdur.Millət vəkili təmas xəttində yaşayan əhaliyə münaqişə zamanı öz yerlərini tərk etməyərək göstərdikləri mərdliyə və cəsarətə görə təşəkkür etmiş,Azərbaycanın işğal olunmuş torpaqlarının tezliklə azad olunacağını və hazırda bu istiqamətdə bütün zruri addımların atıldığını bildirmişdir.
Sonra Az.QAC-ın Goranboy rayon bölməsi və könüllüləri ilə görüş küçirilmiş,münaqişə ilə əlaqədar Az.QAC-ın öz missiyasına uyğun humanitar yardımların edilməsi və zəruri fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələr verilmişdir.
Günün ikinci yarısı Novruz Aslanov Ağdam rayonuna getmişdir.Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla birgə təmas xəttində yerləşən Çəmənli və Sarıcalı kəndlərində insanlar ilə görüşmüş,Az.QAC tərəfindən edilən yardımlarla yenidən tanış olmuş,həmçinin zərər çəkmiş evlərə və obtyektlərə baxış keçirmişdir.Sonra Ağdam rayon Şəhidlər Kompleksi ziyarət edilmişdir.
Məlumat üçün bildirək ki,Novruz Aslanovun Az.QAC-ın missiyasına uyğun olaraq Dağlıq Qarabağın cəbhə bölgəsində yerləşən digər rayonlarda da səfəri nəzərdə tutulmuşdur.