Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Artıq neçə illərdir ki,Azərbaycan Qızıl Aypara Cəmiyyətində Gənclər Komitəsi, Gənclər və Könüllülər şöbəsinin koordinatorluğu ilə müxtəlif təhsil ocaqlarının tələbələri təcrübə mübadiləsi keçirlər. Belə ki, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin və Azərbaycan Turizm və Menecment İnstitutunun Sosial iş fakültəsinin tələbələri 4 aprel 2016-cı il tarixindən 27 may 2016-cı il tarixinə kimi səkkiz həftəlik təcrübə mübadiləsində olacaqlar.
Belə ki, 25 aprel tarixində Cəmiyyətin Gənclər Komitəsi, Gənclər və Könüllülər şöbəsi təcrübəyə gələn tələbələrə “Gənclərin cəlb olunma strategiyası” haqqında prezentasiya təqdim etdilər. Prezentasiyanı sizə təqdim edirik. Maraqlanan şəxslər buyurub baxa bilərlər.Youth_engagemntAZ 1