foto (121)

2016cı il üçün “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici seminarlara start verildi

Bu ilin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Sumqayıt şəhər bölməsinin “İnsan alverinə qarşı mübarizə” seminarı  Ə.Əliyev adına  Sumqayıt Tibb Kollecində başladı.

22 aprel 2016-cı il tarixində 100 nəfərə yaxın dinləyici iştirak edən seminara kollecin müəllim və tələbə heyəti qatılmışdı. Seminarı AzQAC bölməsinin təlimatçıları Tanrıverdiyeva Gülnar və  Şirinova Zəhra aparırdı. QAC Sumqayıt şəhər bölməsinin Gənclər üzrə təlimatçıları seminarın keçirilməsinə şərait yaratdığı üçün Kollecin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. “İnsan Alverinə Qarşı Mübarizə” mövzusuna dair hazırlanmış slaydla çıxış edən bölmənin təlimatçısı Şirinova Zəhra mövzunun mahiyyəti, Miqrasiya İnformasiya Mərkəzi, Miqrasiya İnformasiya Məntəqəsi, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında məlumat verdi. Daha sonra bölmənin təlimatçısı Gülnar Tanrıverdiyeva “kimlər insan alverinin qurbanı ola bilər?”, “insanları cəlbetmə yolları”,  “İnsan alverinin qurbanı olmamaq üçün təhlükəsizlik qaydaları” barədə məlumat verdi. Seminarda həmçinin insan alveri barədə hazırlanmış videoçarx nümayiş olundu. Diskussiya xarakterli keçən seminarda tələbələr də çox aktiv iştirak etdilər.

Sonda isə tələbələrə maarifləndirici bukletlər və braşuralar paylanmışdır.foto (24) foto (27) foto (39) foto (44) foto (48) foto (55) foto (61) foto (67) foto (75) foto (80) foto (95) foto (110) foto (114) foto (134) foto (149) foto (189) foto (192) foto (194)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.