foto (30)

2016-cı il üçün “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda növbəti seminar baş tutdu

Bu ilin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Sumqayıt şəhər bölməsinin “İnsan alverinə qarşı mübarizə” adlı növbəti seminarı  Sumqayıt Dövlət Texniki Kollecində baş tutdu.

26 aprel 2016-cı il tarixində 90 nəfərə yaxın dinləyici iştirak edən seminara kollecin müəllim və tələbə heyəti qatılmışdı. Seminarı AzQAC bölməsinin təlimatçıları Tanrıverdiyeva Gülnar aparırdı. QAC Sumqayıt şəhər bölməsinin Gənclər üzrə təlimatçıları seminarın keçirilməsinə şərait yaratdığı üçün Kollecin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Bölmənin təlimatçısı Gülnar Tanrıverdiyeva “kimlər insan alverinin qurbanı ola bilər?”, “insanları cəlbetmə yolları”,  Miqrasiya İnformasiya Mərkəzi, “İnsan alverinin qurbanı olmamaq üçün təhlükəsizlik qaydaları” barədə məlumat verdi. Seminarda həmçinin insan alveri barədə hazırlanmış videoçarx nümayiş olundu. Diskussiya xarakterli keçən seminarda tələbələr də çox aktiv iştirak etdilər.

Sonda isə tələbələrə maarifləndirici bukletlər və yayım materialları  paylanmışdır.foto (5) foto (10) foto (14) foto (28) foto (42) foto (46) foto (76) foto (85)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.