Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin müraciəti əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən 45-ci məhəllə, ev 6/79, mənzil 33 ünvanında yaşayan Kərimov Faiq Həmid oğluna ərzaq bağlaması formasında yardım edilmişdir. Aztəminatlı ailə başçısı olan və sağlamlıq imkanları məhdud övladları olan Faiq Kərimova daima bölmənin diqqətində saxlanılaraq il ərzində mütəmadi olaraq bayram günlərində bölmənin imkanları çərçivəsində yardım göstəriləcəyi bildirilmişdir. Ehtiyac sahibi kimi Faiq Kərimov QAC Sumqayıt şəhər bölməsinə göstərilən diqqətə görə təşəkkürünü bildirmişdir.