AzQAC-ın baş ofisində gerçəkləşən təbrik mərasimini giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov çıxışında Rəna xanımın Cəmiyyətin fəaliyyətindəki səmərəli rolundan söz açdı. Uzun illərdir, Cəmiyyətin inkişafına öz töhfəsini vermiş Rəna xanıma gələcək işlərində nailiyyətlər arzuladı. Təbrikə qoşulan AzQAC-ın digər əməkdaşları da yubilyarın ünvanına söylənilən bu xoş arzulara qoşuldular.
Rəna xanım da öz çıxışında Novruz Aslanova və Cəmiyyətin kollektivinə ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.
Sonda Novruz Aslanov kollektiv adından Rəna xanıma gül dəstəsi və hədiyyələr təqdim etdi.