IMG_5090

Miqrantlara Ramazan sevinci

Ramazan Xeyirxahlıq, yardımsevərlik ayıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də öz humanist missyasını Ramazan ayında da davam edir. Belə ki, silsilə olaraq bu müqəddəs ayda ehtiyacı olanların yardımına çatan, onlara həm maddi, həm mənəvi dəstək olan AzQAC-ın bu dəfə də sevindirdikləri arasında öz ölkələrindən müxtəlif acınacaqlı səbəblərə görə qaçqın düşmüş miqrantlar oldu.

Əfqanıstan, Suriya, Çeçenistan, İraq, Fil dişi respublikası və İrandan gələn miqrantlara bayram sovqatının paylanılması üçün təşkil olunan tədbiri giriş sözü ilə  AzQAC-ın prezindenti, Milli Məclisin deputatı Novruz Aslanov açdı. Novruz Aslanov öz çıxışı zamanı ölkəmizin günü-gündən inkişaf etdiyini, inkişafın fonunda öz xalqının rifahı ilə yanaşı Respublikamıza sığınan şəxslərə də yardım göstərildiyini qeyd etdi. AzQAC prezezindenti çıxışı zamanı Azərbaycan Qızıl Ayapara Cəmiyyətinin də miqrantları daimi nəzərdə saxlamasından söz açdı. Artıq ikinci ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə təmənnasız olaraq miqrantlar üçün Azərbaycan dilinin öyrənilməsi üçün dil kurslarının təşkil olunmasına diqqəti çəkən cənab Novruz Aslanov bu kursların onların həyatında nə qədər önəm daşıdığının vacib olduğunu bir daha bildirdi. bu günkü, tədbirin təşkilinə görə Azpetrol şirkətinə də öz minətdarlığını bildirdi və onların həmişə belə humanist aksiyaların keçirilməsində AzQAC-a dəstək verdiklərini bildirdi. Sonda miqrantlara ən xoş arzularını bildirən AzQAC prezindenti onları müqqədəs Ramazan Bayramı münasibəti ilə   təbrik etdi və həmişə belə xoş əhval-ruhiyyədə olmağı arzuladı.

Daha sonra Elman Əliyev – Dövlət Miqrasiya Xidməti İdarəsinin rəis müavini çıxış edərək və Azərbaycan Dövlət Miqrasiya Xidməti adından miqrantları təbrik edərək hər zaman  AzQAC-ın  bu tipli aksiyalarını dəstəklədiklərini bildirdi. Miqrantlara dövlətimiz tərəfindən olan qayğıdan bəhs edərək, bu qayğının bundan sonra da davam edəcəyini bildirib. AzQAC-ın bu təqdirəlaiq fəliyyətini dəstəklədiklərini və bu məsələdə təsübkeşlik nümayiş etdirərək Azərbaycan dövlətinə dəstək verən AzQAC-ın  Azərbaycan Miqrasiya Xidməti İdarəsindən daimi dəstək və yardımını görəcək. Elman Əliyev bu yaxınlarda qurumun nəzdində yaradılan İctimai Şuranın tərkibinə AzQAC-ın miqrasiya şöbəsinin müdiri Məmməd Kətanovun da seçildiyini vurğulayaraq bundan sonra da əməkdaşlıqı istənilən sferada davam etdirəcəklərini qeyd etdi. Sonda Elman Əliyev öz adından və Azərbaycan Dövlət Miqrasiya Xidməti adından miqrantların bayramını təbrik edib onlara xoş arzularını bildirdi və başda Novruz Aslanov olmaqla bütün Qızıl Aypara kollektivinə minnətdarlığını bildirdi.

Sonra BMT-nin Bakıdakı ofisinin rəhbəri cənab Dağ Sigurdson çıxış edərək bu tədbirdə iştirakından məmnunluğunu bildirdi və AzQAC-ın miqarantlara təşkil etdiyi azəri dili kursunun iyunun 30-dakı  2-ci buraxılışınıa həsr olunmuş tədbirində iştirakından söz açan cənab Siqurdson miqrantların çox fəal və uğurlu çıxışından danışdı. O dedi ki, o hər dəfə onlarla görüşə gələndə onların üzündə xoşbəxt təbəssümün şahidi olur və bu da bilavasitə  onlara çəkilən zəhmətin və xüsusilə də Azərbaycan dili müəllimi Sona Haciyevanın gərgin işinin nəticəsidir. O bütün bu uğurlu fəaliyyət və ürəkaçan nəticə üçün və Ramazan bayramı münasibətilə miqrantları təbrik etdi və hər şey üçün başda cənab Novruz Aslanov olmaqla AzQAC-ın bu işdə əməyi keçən hər işçisinə, HAYAT təşkilatına və miqrantlara diqqət ayırıb onların tədbirlərində iştirak edən digər təşkilat nümayəndələrinə də təşəkkürünü bildirdi.

Tədbir iştirakçılarından HAYAT  beynəlxalq təşkilatının rəhbəri Azər Allahverənov  AzQAC-ın bu gün ki tədbirini yüksək qiymətləndirdiyini və bundan sonra da bu tipli tədbirlərdə və başqa layihələr zamanı AzQAC- la əməkdaşlığın zəruriliyindən söz açdı. Azər Allahverənov AzQAC-ın artıq Azərbaycana sığınan miqrantlar üçün doğma ev xarakterini daşıdığını bildirib. Təşkilat rəhbəri bununla yanaşı miqrantlara onların Azərbaycanda doğma ev kimi yanaşacağı daha bir ünvan sırasında HAYAT beynəlxalq təşkilatının ofisinini olmasını qeyd edib. Sonda Azər Allahverənov QQGM-də keçirilən buraxılış barədə də xoş sozlərini bildirərək AzQAC-ın azəri dili müəlliməsi Sona Hacıyevaya, Miqrasiaya şöbəsinin müdiri Məmməd Kətanova və layihə koordinatoru Mətanət Qaraxanovaya və ümumilikdə  AzQAC-ın bütün kollektivinə minnətdarlıq etmiş  və ölkəmizə sığınan miqrantları Ramazan bayramı münasibətilə təbrik etməklə çıxışına yekun vurub.

Daha sonra  BMqT-nın əməkdaşı İlyas Nəbiyevə də söz verildi. O çıxışında AzQAC-la bir sıra layihələrin həyata keçirilməsindəı uğurlu əməkdaşlıqdan söz açaraq  belə əməkdaşlıqdan məmnun qaldıqlarını bildirmiş və iştirakçıları təbrik etmiş, AzQAC –ın himayədarlığını miqrantlar üçün xoş şans kimi qiymətləndirmişdir.

Bununla yanaşı tədbirdə  AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katib Bayram Vəliyev QQGM-nin meneceri Zəminə Səfərova, BMqT- nın məsul əməkdaşı Könül Kərimova, DMXİ  nəzdində yaradılmış İctimai Şuranın sədr müavini Kəmalə Məmmədova və media mənsubları iştirak edib.

Natiqlərin çıxışından sonra mirantlarla kollektiv xatirə şəkli çəkildi və  bayram sovqatları  paylandı.

Tədbir İTV tərəfindən ictimaiyyata açıqlandı.

1 Şərh

Leave a Reply to Ceyhun Məmmədzadə Cancel reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.