Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün humanitar missiyası çərçivəsində cəbhəyanı kəndlərin məktəbli uşaqları üçün Gəncədə yay düşərgəsi təşkil etmişdir.Düşərgədə Tərtər, Ağdam rayonları olmaqla hər icmadan 75 oğlan, 75 qız məktəbli iştirak etməkdədir. Uşaqlar üçün Göygöl, Hacıkənd və Gəncənin digər səfalı yerlərinə gəzintilər təşkil olunmaqdadır. Həmçinin, düşərgənin gedişatında davamlı olaraq əyləncəli yarışmalar, müxtəlif idman oyunları, hovuzda üzgüçülük təşkil edilməkdədir. Düşərgəyə rəhbərlik İcraçı Katibin müavini Xalidə İsgəndərovaya və Gənclər Komitəsinin Sədri Türkanə Fərəcovaya həvalə edilmişdir.Həmçinin, Gəncə Regional Mərkəzinin işçi və könüllü heyəti düşərgənin həyata keçirilməsində öz töhfələrini əsirgəmirlər. Düşərgə avqustun sonlarına qədər davam edəcəkdir. Yay düşərgəsinin sonunda məktəblilərə çanta, lazımi dərs ləvazimatları, yay idman geyimləri hədiyyə olaraq veriləcəkdir. Düşərgə BQXK-nın maliyyə dəstəyi ilə gerçəkləşdirilmişdir.Düşərgənin keçirilməsi növbəti illərdə nəzərdə tutulmuşdur.