12.09.2016-cı il tarixində Bölməmizin əməkdaşları “Qurban” bayramında Masazır qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən tikilmiş kimsəsiz uşaqlar şəhərciyində 93 ailəlik binada 75 ailə ilə görüşüb. Az.QAC Nizami rayon bölməsinin sədri Rəna İbrahimova çıxış edərək gəncləri “Qurban”bayramı münasibəti ilə təbrik edib, onlara sevinc dolu xoşbəxt həyat arzulayıb.Sonra adının hallandırılmasını istəməyən xeyriyyəçi tərəfindən verilən “Qurban” ətini görüş iştirakçılarına paylayıb,görüşə gələ bilməyən körpə uşağı olan ailələrin şəxsən evlərinə qalxıb yerindəcə onları təbrik ediblər.Gənc kimsəsiz uşaqlar bu xoş gündə onları yad edib mənəvi dayaq olduqları üçün tədbiri təşkil edən nümayəndələrə və Nizami rayon bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra tədbirdən ehtiyatda qalan 25 pay “Qurban” ətini Nizami rayon bölməsinin qeydiyyatda olan tənha insanlara, aztəminatlı ailələrə payladılar.”Qurban”əti alan hər bir kəs kəsilən qurbanların qəbul olunmasını diləyib tədbir iştirakçılarına minnətdarlıqarını bildidilər.