Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qurban bayramı ilə əlaqədər ənənəvi olaraq tədbirlər keçirir.Belə tədbirlərdən biri də 09.09.2016-ci il tarixdə AzQAC-nin Nəsimi rayon bölməsində baş tutdu.Nikoil bankın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşəbbüsü təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər hər iki qurumun rəhbərliyinin səmimi və xoş bayram təbriklərini tədbir iştirakçilarına çatdırdılar.Tədbirə dəvət olunan tənha və kimsəsiz qocalar,aztəminatlı insanlar belə əziz gündə onlarla birgə olduqları üçün öz minnətdarlıqlarını bildirdilər.Tədbirin sonunda AzQAC-nin Nəsimi rayon bölməsinin qeydiyyatında olan 50 nəfər tənha və kimsəsiz qocaya qurban əti paylanıldı.
Tədbirdə Nikoil Bankdan
1.Rəşad Cümşüdov-Marketinq Departamentinin Direktoru
2.Rüstəm Babazadə-Reklam və PR İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
3.Nigar Abdullayeva-Marketinq şöbəsinin mütəxəssisi
Qızıl Aypara Cəmiyyətindən
1.Günel Məmmədzadə-AzQAC İcraçı Katibin müavini
2.Əliağa Abbasov-AzQAC –nin Humanitar yardım şöbəsinin müdiri
3.Emi Seyidəliyev-AzQAC-nin Fandreyzinq şöbəsinin müdiri
4.Seviliya Mahmudova-AzQAC Fabdreyzinq şöbəsinin əməkdaşı
5.AzQAC-nin Bakı şəhəri Nəsimi rayon bölməsinin sədri Məftun Quluzadə və bölmənin əməkdaşları iştirak edirdilər.