Hər il oldugu kimi bu il də “Qurban”Bayramı münasibəti ilə Azərkimya İB qeydiyyatımızda olan 30 nəfər ahıla qurban payı ilə təbrikə gəldi. Azərkimya İB-nin Müşahidə Şurasının sədri,milli məclisin deputatı Muxtar Babayevi bölmənin sədri Mətanət Məhərrəmova, bölmənin əməkdaşları,könüllüləri bayram münasibətilə ahıllarla görüş keçirdilər. Muxtar Babayev bayram münasibəti ilə ahılları təbrik edərək onlara xoş arzularını bildirdi. Onlarda öz növbələrində hər zaman onları diqqətdə saxlayan millət vəkilinə öz minnətdarlıqlarını bildirdilər.