Sumqayıt şəhər İcra hakimiyyətinin təşkil etdiyi “Ahıllar günü”nə həsr olunmuş tədbirdə AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllar, agsaqqallar, müharibə və əmək veteranlarının üzvləri dəvət almışdılar.Sumqayıt şəhər icra hakimiyyətinin müavin Teymur Səmədov şəhər icra hakimiyyətinin bacşısı cənab Zakir Fərəcovun salamlarını və təbriklərini tədbir iştirakcılarına catdırdı.Şəhərimizdə gedən böyük quruculuq işləri ilə bərabər hər zaman şəhər ahıllarına da diqqət və qaygı göstərildiyindən danışdı. Söz alan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova diqqətə ehtiyacı olan insanlara dövlət qayğısından, BMT–nin qərarı ilə keçirilən 1 oktyabr – Beynəlxalq Ahıllar Gününün önəmindən bəhs edərək,bu gözəl günün təşkilatcısı,Sumqayıt şəhər icra hakimiyyətinə bölmə və yaşlı insanlar adından dərin təşəkkür və minnətdarlıgını bildirdi. Söz alan ahıllar son zamanlar Sumqayıtda həyata keçirilən sosial yönümlü layihələri, doğma şəhərin sürətlə dəyişən simasını bəyəndiklərini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Yüksək səviyyədə təşkil olunmuş bayram süfrəsi arxasında ahıllar maraqlı və yaddaqalan bir gün kecirdilər.Bir birini əvəz edən musiqi sədaları altında rəqs etib,,əyləndilər.Tədbirin sonda AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanmış ərzaq baglamaları ahıllara təqdim olundu.