psixoloji-telim

“İlkin psixoloji dəstək” üzrə təlim

26-27 sentyabr 2016-cı il tarixində Rusiyanın Moskva şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsi və Danimarka Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə Rusiya QXC tərəfindən “İlkin psixoloji dəstək” mövzusu üzrə beynəlxalq təlim təşkil olunmuşdur. Təlimdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və MDB ölkələrinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin nümayəndələri iştirak etmişdir. Təlimin əsas mövzusu stress və psixolji adaptasiya, ilkin psixoliji dəstək və icmalarda psixososial dəstəyin təşkil olunması idi. Tədbir zamanı iştirakçılar digər ölkələrdən olan həmkarları ilə görüşüb, qeyd olunan sahə üzrə öz bilik və bacarıqlarını bölüşmüşlər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətini tədbirdə milli cəmiyyətin Psixososial dəstək üzrə mütəxəssisi İsmayıl Atayev təmsil etmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.