ifrc-logo

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Riayət və Vasitəçilik Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə verdiyi qiymət

2007-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən  Riayət və Vasitəçilik Komitəsi təsis olunmuşdur. Komitənin məqsədi Milli Cəmiyyətlərin və ya Beynəlxalq Federasiyanın bir hissəsi olaraq Federasiyanın hər hansı orqanının bütövlüyünün pozulmasının qarşısını almaq üçün müvafiq tədbirlərin alınmasına köməklik etməkdir.

Beynəlxalq Federasiya daxilində məlumatlılığın, cavabdehliliyin və şəffaflığın artırılması məqsədilə Komitə göstərici cədvəli tərtib etmişdir. Cədvəlin məqsədi Milli Cəmiyyətlərin Konstitusiyasının 8-ci maddəsində müəyyən edilmiş vəzifələrini və ya kriteriyaları yerinə yetirmələrini təmin etməkdir.

Kriteriyalar aşağıdakılardır:

1.Milli Cəmiyyət Federasiyanın Hesabat Sistemində iştirak etmişdir

2.Milli Cəmiyyət Maliyyə Komissiyanın tövsiyəsinə uyğun olaraq son üç (3) il ərzində ardıcıl maliyyə hesabatlarını təqdim etmişdir

  1. Milli Cəmiyyət xarici audit tərəfindən yoxlanılmışdır
  2. Milli Cəmiyyət illik fəaliyyət hesabatını təqdim etmişdir
  3. Milli Cəmiyyətdə bütövlüyün pozulması halları qeyd edilməmişdir
  4. Milli Cəmiyyət son 10 ildə öz nizamnaməsini yenidən işləmişdir
  5. Milli Cəmiyyəti maliyyə qaydalarına əsasən müəyyən olunmuş tarixdə qanunla müəyyən edilmiş töhfəsini ödəmişdir.
  6. Milli Cəmiyyətdə İdarə Heyəti tərəfindən çatışmamazlıqlar hesab olunmur.

 

Cədvəl 2015-ci ilin aprel ayında İsveçrənin Cenevrə şəhərində keçirilən iclasda İdarə Heyəti tərəfindən təsdiq edilmiş və 2015-ci ilin noyabr ayında Baş Assambleyaya təqdim olunmuşdur. Həmin ilin dekabr ayında Beynəlxalq Qızl Xaç və Qızıl Aypara Hərəkatının 32-ci Konfransında Riayət və Vasitəçilik Komitəsinin yeni üzvləri seçilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibin müavini Səbinə Məhbubi-İran bu Komitədə Avropa regionunu təmsil edir.

Riayət və Vasitəçilik Komitəsi cədvəlin öhdəliklərini yerinə yetirən bır sıra Milli Cəmiyyətlərə rəsm məlumat təqdim etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti cədvəldə göstərilmiş bütün kriteriyalara cavab verdiyinə görə komitə tərəfindən 192 Milli Cəmiyyətlər arasında ilk 50 Milli Cəmiyyətlər siyahısına daxil edilmişdir. Bununla bağlı Riayət və Vasitəçilik Komitəsinin  sədri Dr.Müxtar Callo adından Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Dr.Novruz Aslanova təşəkkür bildirilmiş və təbrik məktubu göndərilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.