Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi öz humanitar missiyasına sadiq qalaraq aztəminatlı ailələrlə görüşdü.
18.01.2017- ci il tarixində Nizami rayon bölməsinin sədri Rəna İbrahimova Nizami rayon bölməsinin qeydiyyatında olan 35 nəfərə həmçinin Nizami, Xətai Xəzər,Nərimanov, Binəqədi,Suraxanı rayon bölmələrinin qeydiyyatında olan 50 tənha aztəminatlı ailələr ilə görüşüb, ərzaq bağlamaları paylanılıb.Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.