AzQAC Sabunçu RB göz müayinəsinə ehtiyacı olan 45 tənha qocalarımıza və 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin 40 nəfər uşaqlarına pulsuz göz müayinəsini təşkil etdi. Azərcell-in Mobil Göz klinikasınin dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İB-nin həkim-oftalmoloqların müayinələri nəticəsində 17 nəfərə pulsuz optiki eynəklər verildi, 12 nəfərə müalicə təyin olundu və reseptlər yazıldı, 5 qocamıza əməliyyat aparılmasına dair ehtiyac olunduğu və 7 uşağın gözlərində çəplik aşkar edilib və pulsuz əməliyyat aparılmasına dair qeydiyyata götürüldü.
Xeyirxah aksiyaya görə həkimlərə, Azərcell-in Mobil Göz klinikasınin Baş Həkiminə, XQL İB-nə və Respublika Qadınlar Cəmiyyətinə təşəkkürümüzü bildiririk.