Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə BQXK-nın Bakı ofisində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupuna “Beynəlxalq humanitar hüquqa giriş və BQXK-nın Azərbaycanda fəaliyyəti” adlı seminar təşkil edilmişdir.
2017-ci ilin mart ayının 13-də keçirilən seminarda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının və BQXK-nın yaranma tarixindən bəhs edilmişdir. Həmçinin, İşçi Qrupun əməkdaşlarına AzQAC-ın yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilmişdir. Seminarın davamı olaraq, onlara Beynəlxalq humanitar hüquq, itkin düşmüş şəxslərin axtarışına dair fəaliyyətlər və saxlama yerlərində olan insanlara başçəkmələr üzrə geniş seminar keçilmişdir.
Seminarda AzQAC-ın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nailə Ömərova, Yayım sektorunun rəhbəri Xalid Xəlilov, BQXK-nın Bakı ofisinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova, Hüquq məsləhətçisi Jalə əzizova, İtkin düşmüş şəsxlərə dair fəaliyyət üzrə regional nümayəndə Samir Hacımustafiç, Saxlama yerlərində başçəkmələr üzrə nümayəndə Anna Leşinskaya iştirak etmişdir.