Hər il 24 mart tarixi Ümumdünya Vərəmlə Mübarizə (DVM) günü kimi dünyada qeyd edilir.
1882-ci ilin bu günündə Alman alimi Dr. Robert Kox insanların kütləvi ölümünə səbəb olan vərəm bakteriyası “Mycobacterium tuberculosis”-u aşkar etdi.
Vərəm xəstəliyinin bu gün qarşısı alınabilən, müalicə olunan xəstəliklər sırasında olmasına baxmayaraq dünyada və o cümlədən ölkəmizdə bir çox insan hələ də vərəm xəstəliyindən əziyyət çəkir.
Azərbaycanda Vərəmlə Mübarizə üzrə QHT Koalisiyası (Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu Koalisiyanın üzvüdür) bu xəstəliyin qarşısının alınmasında Milli Vərəm Proqramına bir vətəndaş cəmiyyəti kimi öz dəstəyini göstərməkdədir.
Bu gün Azərbaycan dünyanın ən çox vərəm yükü olan, xüsusən də, ən çox dərmana davamlı vərəm formasının olduqca çox olduğu ölkələr sırasındadır. 2012-ci ildə Azərbaycanda keçirilən Dərmana Davamlı Vərəmlə bağlı araşdırmanın nəticəsi göstərdi ki vərəmin ağır forması sayılan, müalicəsi üçün uzun zaman (20-24 ay) tələb olunan çoxsaylı dərmanlara davamlı vərəmin (MDR-Vərəm) səviyyəsi yeni xəstələr arasında 13 %, təkrar müalicə alan xəstələr arasında isə 27.5% təşkil edir. Bu bizim ölkə üçün olduqca yüksək səviyyə sayılır. Ümumdünya səhiyyə təşkilatına (ÜST) görə Azərbaycan dünyanın ən çox MDR vərəm yükü olan 27 ölkəsi sırasında qərar tutur.
Azərbaycan Vərəmlə mübarizə üzrə QHT Koalisiyası, kütləvi informasiya vasitələri nümayəndələrini bu məsələni işıqlandırmağa və aidiyəti qurumları vərəmin yayılmasının qarşısını almağa çağırır.
Belə ki, mart ayının 23-də Yasamal rayonunda Rabitə Kollecinin yataqxanalarında məskunlaşan icma nümayəndələri ilə Füzuli r-n,47 saylı orta məktəbdə 24 Mart Dünya Vərəm Günü münasibəti ilə görüş keşirildi.
Görüşdə Azərbaycan Vərəmlə mübarizə üzrə QHT Koalisiyasının üzvləri ( Azərbaycan Qızıl Aypara Cəmiyyətini –miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva təmsil edirdi, “Hayat” Beynəlxalq Humanitar Təşkilatı), 47 saylı məktəbin direktoru Sahimə Vəlişova və müəllim kollektivi,Yasamal r-n,1 saylı Vərəm Dispanserin həkim-ftiziatoru Sevinc Mirfeyzullayeva və Ağdam, Füzuli, Kəlbəcər, Laçın və sairə məcburi köçkün rayonlardan olan 20 nəfər ən kasıb və acınacaqlı şəraitdə yaşayan ailələrin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Vərəmlə mübarizə üzrə QHT Koalisiyasının üzvləri vərəm xəstəliyi və onunla mübarizə tədbirləri barədə məlumatlarla çıxış etdilər. Ölkədə fəaliyyət göstərən Qlobal Fondun maliyyə dəstəyilə ərsiyə gətirilən video çarx nümayiş edildi. Məktəbin direktoru Sahimə müəllimə və icma nümayəndələri belə görüşlərin və maariflənmələrin çox əhəmiyyətli və vacib olduğunu bildirdilər və dərin təşəkkürlərini bildirdilər.
Video çarx, bir çox qurumların rəy və təklifləri nəzərə alınaraq, xüsusən də Ümudünya Səhiyyə Təşkilatının nümayəndələrinin tövsiyəsləri və TB-REP proqramının milli koordinatoru, Səhiyyə nazirliyinin Milli vərəm proqramının rəhbəri cənab Viktor Qasımovun razılığı ilə çəkilmişdir.
Sonda Novruz Bayramı ilə əlaqədar hər bir məcburi köçkün ailələrinə Bayram Sovqatı – Ərzaq bağlaması paylanıldı.