11 aprel 2017-ci il tarixində Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Federasiyasının Fövqaladə Hallar üzrə nümayəndəsi Nebosya Medoviz bölməmizin qonagı oldu. Qonagı AzQAC-nin prezidentinin Fövqaladə hallar üzrə müşaviri Elşən Səlimzadə,AzQAC Fövqaladə hallar şöbəsinin müdiri Fərid Seyidzadə,AzQAC icraçı katibinin müavini ,sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran müşayət edirdi. AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri də bu görüşdə iştirak edirdilər.Sumqayıt şəhər bölməsinin sədri, Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova bölmənin fəaliyyəti haqqında prezentasiya etdi. Fövqaladə hallar üzrə müşavir Elşən Səlimzadə yaxın vaxtlarda nəzərdə tutulan işlər barədə məlumat verdi.Görüşün sonunda söz alan Beynəlxalq Federasiyanın nümayəndəsi cənab Nebosya Medovic bölmənin fəaliyyətini yüksək qiymətləndirərək,bölmə əməkdaşlarına və könüllülərə uğurlar arzuladı.Sonda xatirə şəkili cəkildi.