P1090503

AzQAC-in maarifləndirici görüşləri davam etməkdədir.

AzQAC-in Region Mərkəzləri və rayon Bölmələri vasitəsilə  respublikanın bütün bölgə və Cəmiyyət ilə tərəfdaş müəssisə və təşkilatlarda, ali və orta təhsil məktəblərində silsilə maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir.  Belə ictimai qurumlardan biri olan – artıq bir neçə ildir ki, AzQAC-ti ilə sıx əməkdaşlıq edən,  Azərbaycan Uşaq və Gənclərin “Sülh” Şəbəkəsidir.  Şəbəkənin üzvləri müxtəlif sahələr üzrə (sağlamlıq, uşaq hüquqları, qadın zorakılığı, ekologiya, erkən nigahlar və s.) bir çox Milli və Beynəlxalq layihələri həyata keçirərək, uğurlar qazanmışlar. Şəbəkə bir çox ildir ki, Ombudsman aparatının nəzdində yaradılıb və böyük məktəbli  kontingentini özündə birləşdirir.

Belə ki, aprel ayının 16-da şəbəkənin üzvləri üçün AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində növbəti maarifləndirici seminar təşkil olunmuşdur. İlk olaraq, Proqramın kordinatoru Mətanət Qaraxanova məktəblilərə  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tarixi, fundemental prinsipləri barədə məlumatları təqdim etmişdi.  Bununla yanaşı, aprel ayında dünyada və Azərbaycanda sağlamlıqla bağlı qeyd edilən tədbirlər (autizm və sağlamlıq gününə həsr edilən) barədə də məlumatları çatdırmışdı. Təqdimatdan sonra məktəblilər qruplara bölünərək, fundemental prinsiplərə aid tapşırıqlar üzərində müzakirə edib, təqdimatları nümayiş etmişlər. Tədbirin sonunda, hər bir iştirakçıya müvafiq maarifləndirici bukletlər paylanılmışdı.

Tədbirdə iştirak edən Ombudsman Aparatının eksperti, şəbəkənin rəhbəri və valideynlər, verilən məlumatlardan, aldıqları təəssüratlardan çox razı qaldıqlarını bildirərək belə gərəkli maarifləndirici seminarların yenə keçirilməsini arzulayaraq,  AzQAC-a minnətdarlıqlarını bildirmişlər.P1090514

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.