20170419_122958

Miqrantlara Azərbaycan dili kursu müvəffəqiyyətlə davam edir

Respublikamizda miqrasiya sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi ilə ölkənin beynəlxalq aləmdə tanlnmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də yarandığı ildən bəri ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Son illərdə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış əcnəbi qaçqın və miqrantlara humanitar yardımlar edir (ərzaq bağlamaları), ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları, gənclər və qadınlarla tədbirlər, gəzintilər, tarixi yerlərə ekskursiyalar və s. təşkil edir.

2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, artıq 4-cü ildir ki, əcnəbi miqrantlara BMT-nın İnsan Hüquqları Ali Komissarlığının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kursa hər tədris ili ərzində xeyli sayda müdavim daxil olmuş və ilin sonunda 32-35 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir.

AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 1-də müqrantlar üçün Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 4-cü tədris ilinə başlamış və hazırda həftədə 4 gün olmaqla dərslər çox mütəşəkkil və yüksək həvəslə davam etdirilir. Müəllimə Sona Hacıyeva dərslərin daha da maraqlı və səmərəli olması üçün ılindən gələni edir, müxtəlif əyani vəsaitlərdən, təlim üsullarından istifadə edir, danışıq dilinə daha tez yiyələnmək üçün onları həftəsonu  gəzintilərə, tədbirlərə dəvət edir, onların evlərinə gedir,yaşam problemləri ilə maraqlanır.

Məktəb yaşlı uşaqlarla məktəbə hazırlıq və məktəb kursuna müvafiq materiallardan istifadə edilir, tez-tez testlər vasitəsilə bilik səviyyələri yoxlanır, paralel olaraq Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatından da məlumat verilir. Artıq növbəti dərs ili üçün orta məktəblərə qəbul prosesi  başlandığı  üçün valideynlər, kursun müəllimi və mərkəzin təhsil məsələləri üzrə koordinatoru  Fuad Məmmədovla birlikdə işgüzar görüş keçirildi. Fuad müəllim ötən kurslardan çox razı qaldığı, onun miqrantların cəmiyyətə inteqrasiyasında böyük  rol oynadığı, sosial həyatlarında yardımçı olduğundan danışaraq AzQAC rəhbərliyinə, müəllimə Sona Hacıyevaya təşəkkürünü bildirdi və söylədi ki, onlar AzQAC-la bu əməkdaşlıqdan çox razı qalıblar, dərsin səviyyəsi həm təhsil işçiləri, həm valideynlərin, həm də müdavimlərin ürəyincə olub. Belə ki, çox sayda məktəbyaşlı miqrant Bakı şəhərindəki ümumtəhsil məktəblərinin müvafiq siniflərinə qəbul olunublar. İndi artıq yenə qəbul müsahibələri start götürüb və gecikməmək üçün vaxtında sənədləşmə işləri ilə məşğul olmaq və qeydiyyat məsələsinə ciddi yanaşmaq lazımdır. O hər bir valideynə Bakı şəhərindəki məktəblərin ünvanı, kontakt şəxslərin telefon nömrələri yazılmış vərəqələr payladı və dedi ki, hər  rayonda məktəblərdə Miqrant uşaqların qeydiyyatı üçün güzəştli vaxtla Alternativ Qeydiyyat Mərkəzləri yaradılmışdır.20170323_194038 20170419_123150 20170419_152401 IMG-20170306-WA0004 IMG-20170310-WA0014 IMG-20170329-WA0016 IMG-20170415-WA0007

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.