Pirallahı Rayonunda 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirildi. Tədbirdə Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bayram tədbiri 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi.
Tədbirin sonunda Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən kimsəsiz, tənha və imkansız ailələrə bayram sovqatı paylanıldı.