IMG_0117

“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində İsmayıllı rayonunun Təzəkənd kəndində simulyasiya tədbiri keçirildi

Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 2012-ci ilin dekabr ayından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin yerinə yetirilməsinə başlanmışdır. Bu 3 illik layihənin birinci ilində İsmayıllı və Qusar rayonlarının kəndlərində iş aparılmışdır.

2015-ci ildə layihə uğurla tamamlanmışdır. Tərəfdaşlar layihənin gedişatını yüksək giymətləndirlmiş və 2016-2018 “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” layihəsinin davam etdirilməsi üçün dəstəyin vacibliyini qeyd etmişlər.

“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində 2017-ci il may ayının 26-da İsmayıllı rayonunun Təzəkənd kənd orta ümumtəhsil məktəbində, rayonun Mülki müdafiyə Planına uyğun olaraq, İsmayıllı rayon icra hakimiyyətin və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə birgə Təxliyyə, Axtarış, Xilasetmə və İlk yardıma dair simulyasiya tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə iştirakçıları AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun, Cəmiyyətin çoxsaylı üzvləri, könüllüləri və kollektivi adından salamlamışdır. Çıxışında keçiriləcək təlimin önəmindən bəhs etdi. Şagirdlərin fövqəladə hallar zamanı təhlükəsiz şəkildə təxliyyə edilməsinin vacibliyindən danışdı.

Simulyasiya planına uyğun olaraq şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyyə edilmişdir. Xəsarət alan şagirdlərə ilk yardım göstərilmişdir. Onlara psixoloji dəstək göstərilmişdir. Binanı tərk edə bilməyən şagirdlər isə FHN-nin əməkdaşları tərəfindən xilas edilmişdir.

Təlimin sonunda ibtidai sinif şagirdlərinə hədiyyələr veilmişdir. Tədbirdə iştirak edən yuxarı sinif şagirdlərinə fərqləndiklərinə görə təşəkkürnamələr təqdim edilmişdir.

Tədbirdə AzQAC-ın rəhbərliyi, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin Koordinatoru, AzQAC Sumgayit Regional Mərkəzinin Kordinatoru və onun rəhbərlik etdiyi Mobil Könüllü Dəstə, İsmayıllı Rayonun İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri, Avstriya Qızıl Xaç Cəmiyyətinin Gürcüstanda Regional Nümayəndəliyinin başçısı və Gürcüstan Qızıl Xaç Cəmiyyətinin əməkdaşları iştirak etmişlər.

Təlimin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilmişdir.IMG_0032 IMG_0050 IMG_0060 IMG_0062 IMG_0095 IMG_0127 IMG_0153 IMG_0155 IMG_0166 IMG_0187 IMG_0189 IMG_0193 IMG_0204 IMG_0222 IMG_0243 IMG_0251 IMG_0259 IMG_0260

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.