Artıq globallaşan dünyada ən aktual mövqedə duran məsələlərdən biri dünyada gedən qarışıq siyasi hadisələrin fonunda get-gedə artan miqrasiya hərəkati hər bir ölkədə olduğu kimi, Azərbaycanda da miqrasiya diqqət mərkəzindədir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ölkədə yaşayan xarici məcburi köçkün və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək məqsədilə mütəmadi olaraq onlarla görüşüb qayğı göstərməsi bir ən-ənə halını almışdır. Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləri bu fəaliyyətin əsas hədəf obyektidirlər.
Bu günlərdə təşəbbüskar ayparasevər vəkil Ceyhun Yusifov Miqrasiya şöbəsinin müəllimi Sona Hacıyevaya müraciət edərək
10 miqrant ailəsinə Ramazan ayının 10-cu günü münasibətilə ərzaq bağlaması hədiyyə etmək istədiyini bildirmişdi. Təklif Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanovla müzakirə edilərək dəyərləndirildi və Baş ofisdə təşkil edən görüşdə bir qrup ayparaçının iştirakı ilə oruc tutan on miqrant ailəsinə təqdim edildi. Ailə üzvləri Təşəbbüskar xeyriyyəçi Ceyhun müəllimə, təşkilatçı qismində Qızıl Aypara Cəmiyyətinə, Müqrasiya şöbəsinə təşəkkürlərini bildirdilər.
Qoy on bir ayın sultanı Ramazan ayında dərdə qalan, əldən tutan bütün insanları Allah öz mərhəmətindən kənar etməsin.Dərd paylaşdıqca azalır, sevinc paylaşdıqca çoxalır.Gəlin, həmsöhbət olaq, dərdə qalaq, hayan olaq.