Tədbirdə rayonun orta məktəblərinin şagirdləri, uşaq baxçalarında və internat məktəblərində təlim-tərbiyə alan uşaqlar, habelə rayonda məskunlaşan məcburi köçgün ailələrin uşaqları iştirak etdilər. Çıxış edənlər uşaqları əlamətdar bayram münasibəti ilə təbrik edib, ölkəmizdə uşaqlara xüsusilə kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən yüksək diqqət və qaygı göstəridiyini bildirdilər. Tədbirdə fotoşəkillər çəkdilər.
Bayram şənliyində uşaqlar doyunca əylənib, musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə hamıya xoş ovqat bəxş etdilər.
Natiqlər ümummilli Lider Heydər Əliyevin uşaqlara daim böyük sevgi və məhəbbət bəslədiyini bildirib bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin, habelə UNESKO və İsesko-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə uşaqların saglamlığının qorunması, təlim-tərbiyəsi, təhsili sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Bayram şənliyində AZ.QAC Göyçay rayon Bölməsinin sədri Rəhman İbadov məruzə ilə çıxış etdi və sonda uşaqları təbrik etdi. Uşaqlar tədbirdə cox fəal və ciddi şəkildə hazırlaşmışdılar. Tədbir zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim edildi. Tədbirdə AZ.QAC Göyçay rayon Bölməsinin əməkdaşları da iştirak etdilər.