AzQAC-in region mərkəzləri və rayon bölmələri vasitəsilə Azərbaycan Respiblikası Səhiyyə, Təhsil Nazirlikləriilə əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclər arasında Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatına dair , Milli Cəmiyyətlərin həyata keçirdiyi fəaliyyətlər, sağlam həyat tərzi və digər mövzularla bağlı geniş maarifi işini həyata keçirilir. Bu fəaliyyətlər Cəmiyyətin işçi heyyəti və təlimatlandırılmış könüllülər vasitəsi ilə aparılır. Belə ki, 2017-ci il iyun ayının 8-də AzQAC Qəbələ Rayon Bölməsinin sədri Sədaqət Bayramovanın və rayonda yerləşən 5 saylı tam orta məktəb direktoru Zərnişan Ağaquliyevanın yüksək təşkilatçılığı və dəstəyi ilə məktəbin şagird və müəllimlərinə təbliğatyönümlü tədbir keçirilmişdir. Tədbir iştirakçılarına AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova tərəfindən ilk öncə Beynəlxalq Qızıl Xaç/Aypara hərəkatın yaranması, fəaliyyətləri və prinsipləri haqqında məlumatlar geniş şəkildə çatdırıldı. Bununla yanaşı o, AzQAC-in ölkədə həyata keçirən fəaliyyətlər barədə də məlumatları təqdim etmişdir. Şagirdlərlə “Sağlam həyat tərzi” ilə bağlı vacib məqamları vurğulayaraq, onları sağlamlıqlarını qorumağa çağırdı. Seminarda iştirak edən müəllimlər və şagirdlər belə seminarların mütəmadi keçirilməsi arzusunu bildirdilər. Sonda iştirakçılara AzQAC-in hazırladığı məlumat vərəqələri paylanıldı.